6 dekabr 2025. Şənbə

Benfika sabiq məşqçisini geri qaytardı


  • Transfer
  • 12:12 18.07.2020
  • Oxunma sayı: 320
Benfika sabiq məşqçisini geri qaytardı

 "Flamenqo" klubunu çalışdıran Jorji Jezuş "Benfika" klubunun baş məşqçisi olacaq. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis klubun təklifini qəbul edib. 

Portuqaliyalı baş məşqçinin hazırkı komandası ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Jezuş sözləşmənin vaxtından əvvəl ləğv olunması barədə danışıqlar aparır.

O, artıq yeni komandası ilə razılığa gəlib, lakin müqavilənin detalları hələ ki, açıqlanmayıb. 

Qeyd edək ki, Jorji Jezuş 2009 - 2015-ci illərdə "Benfika"ya rəhbərlik edib. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır