6 dekabr 2025. Şənbə

Super Liqa klubu Qurban Qurbanova təklif göndərdi


  • Transfer
  • 21:02 18.07.2020
  • Oxunma sayı: 393
Super Liqa klubu Qurban Qurbanova təklif göndərdi

Yeni mövsüm Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.

Corner.az-ın əldə etdiyi xəbərə görə, Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün onunla danışıqlar  aparır. Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilib.

Məsələ ilə bağlı Qurbanovun özünün rəyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu, səviyyəli yüksək liqaları olan ölkələr səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciətdir.

Xatırladaq ki, "Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır