2 oktyabr 2026. Cümə

Lion'dan Zalsburq'a


  • Transfer
  • 00:29 19.07.2020
  • Oxunma sayı: 373
Lion'dan Zalsburq'a
 “Zalsburq” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Corner.az xəbər verir ki, Avstriya təmsilçisi Lion'dan Umar Soleni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Fransa klubuna bu transferə görə 4.5 milyon avro ödənilib.
 
Qeyd edək ki, 2018-ci ildən Lionda çıxış edən fransalı futbolçu əsas komandada cəmi dörd rəsmi oyuna çıxmışdı.






Transfer