- Transfer
- 22:58 10.04.2026
"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını Premyer Liqada davam etdirməyə yaxındır.
Corner.az “Sky Sport Italia” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” 29 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.
Məlumata görə, rəhbərlik Kulibalinin agenti ilə görüşüb. “Şəhərlilər” seneqallı müdafiəçi üçün “Napoli”yə 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kulibali ilə “Liverpul” və “Mançester Yunayted” klubları da maraqlanır.