- Transfer
- 22:58 10.04.2026
"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə 31 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlara başlayacaq.
Mövsümü icarə əsasında “İnter”də keçirən çilili futbolçu da Premyer Liqaya qayıtmağa müsbət baxır. “Mançester Siti” artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Sançesdən razılıq alan rəhbərlik “Mançester Yunayted”lə də danışıqlara başlayacaq.
Sançes A Seriyasında keçirdiyi 18 qarşılaşmada 3 qol vurub və 7 assist edib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.