13 avqust 2026. Cümə axşamı

Millimizin sabiq hücumçusu Latviyada klubunu dəyişdi


  • Transfer
  • 00:03 22.07.2020
  • Oxunma sayı: 330
Millimizin sabiq hücumçusu Latviyada klubunu dəyişdi
Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərov Latviyada növbəti dəfə klubunu dəyişib.
 
Corner.az xəbər verir ki, yeni mövsümdə “Dauqavpils”də başlayan 35 yaşlı hücumçu bundan sonra “Super Nova”nın uğurları üçün çalışacaq.
 
Bu barədə “Dauqavpils”in mətbuat xidməti məlumat yayıb. Klub azərbaycanlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, “Dauqavpils” Latviyada yüksək liqada çıxış edirsə, “Super Nova” 1-ci liqada mübarizə aparır. Vüqarın yeni komandası cari mövsümdə 3 oyuna topladığı 7 xalla 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.






Transfer