“Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Borussiya Dortmund”un müdafiəçisi Leonardo Balerdini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Amma Fransa klubu bu müddət ərzində 14 milyon avro ödəməklə argentinalı futbolçunun transfer hüquqlarına da yiyələnə bilər.
Qeyd edək ki, “Boka Xuniors”un yetirməsi olan və mərkəz müdafiəçisi mövqeyində çıxış edən Balerdi, “Borussiya”ya 2019-cu ildə transfer olunmuşdu.