7 dekabr 2025. Bazar günü

Neftçi braziliyalı futbolçu aldı - VİDEO


  • Transfer
  • 21:38 22.07.2020
  • Oxunma sayı: 415
Neftçi braziliyalı futbolçu aldı - VİDEO

"Neftçi” ardıcıl üçüncü legioner futbolçunu heyətinə cəlb edib

Corner.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə imzalanıb. 19 yaşlı futbolçu yeni klubunda 4 nömrəli forma ilə çıxış edəcək.

"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer edib.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır