- Transfer
- 22:58 10.04.2026
"Çelsi" "Bayer"in futbolçusu Kay Havertzi transfer etməkdə israrlıdır.
Corner.az "The Guardian"a istinadən xəbər verir ki, "zadəganlar" bu transfer üçün Leverkuzen təmsilçisi ilə rəsmi danışıqlara başlayıb.
"Bayer"in 21 yaşlı yarımmüdafiəçini ən azı 90 milyon avroya satmaq istədiyi bildirilir.
Qeyd edək ki, Havertzin "Çelsi"yə keçməyə razı olduğu vurğulanır.(qol)