26 aprel 2026. Bazar günü

Neftçi'dən iranlı futbolçuya təklif


  • Transfer
  • 12:54 28.07.2020
  • Oxunma sayı: 288
Neftçi'dən iranlı futbolçuya təklif

İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.

Corner.az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçunu transfer etmək istəyir. Bildirilib ki, Bakı təmsilçisi  ona bir mövsüm üçün 300 min avro maaş təklif edib.

Ə.Əlipur bundan əvvəl Macarıstan klublarından birindən təklif alıb, ancaq tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Əlipur ötən mövsüm 16 matçda 7 qol vurub və 5 qolun ötürməsini verib. O, İran millisi ilə 3 oyuna çıxıb.(qol)







Transfer