26 noyabr 2024. Çərşənbə axşamı

Luçesku qərarını dəyişdi


  • Transfer
  • 12:55 28.07.2020
  • Oxunma sayı: 294
Luçesku qərarını dəyişdi

Mirça Luçesku "Dinamo"nun (Kiyev) baş məşqçisi vəzifəsindən istefa verməyib.

Corne.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin agenti Arkadiy Zaporajanu məlumat verib. O bildirib, Rumıniya mətbuatında yayılan Luçeskunun fikirləri klubun prezidenti İqor Surkislə olan yazışmasıdır. Klub rəhbəri ilə görüşdən sonra Luçesku istefa qərarını dəyişib.

A.Zaporajani 74 yaşlı çalışdırıcının bu həftədən "Dinamo"da işə başlayacağını bildirib.

Qeyd edək ki, Luçeskunun  “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün istefa verdiyi yazılmışdı.(qol)







Transfer