13 avqust 2026. Cümə axşamı

Villian Çelsi'dən ayrılır


  • Transfer
  • 14:34 28.07.2020
  • Oxunma sayı: 347
Villian Çelsi'dən ayrılır
"Çelsi"nin futbolçusu Villian komandadan ayrıla bilər.

Corner.az "The Guardian"a istinadən xəbər verir ki, baş məşqçi Frenk Lempard 31 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir. Lakin futbolçunun "zadəganlar"la başa çatacaq sözləşməni yeniləməsi  real görünmür.

Bundan əlavə bildirilir ki, "Arsenal" Villian ilə maraqlanır. Braziliyalı oyunçunun "topçular"a azad agent kimi keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. (qol)





Transfer