- Transfer
- 23:25 25.11.2024
"Qalatasaray"ın futbolçusu Radamel Falkao karyerasını MLS-də davam etdirə bilər.
Corner.az-ın "Diario AS" nəşrinə istinadən məlumatına görə, ABŞ-ın "İnter Mayami" klubu 34 yaşlı hücumçu ilə maraqlanır. İstanbul təmsilçisinin rəhbərliyi cəlbedici təklif müqabilində kolumbiyalı futbolçunu buraxmağa hazırdır.
Qeyd edək ki, bu mövsüm Falkao 22 oyuna 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlavə edək ki, "İnter Mayami"nin sahibi İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.