11 aprel 2026. Şənbə

Qalatasaray onu 1,5 milyona satdı


  • Transfer
  • 01:27 02.08.2020
  • Oxunma sayı: 297
Qalatasaray onu 1,5 milyona satdı
"Qalatasaray” müdafiəçisi Maykonun Səudiyyə Ərəbistan təmsilçisi “Əl-Nəsr”ə keçidi rəsmiləşib.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
“Sarı-qırmızılar” 31 yaşlı futbolçunu 1 milyon 430 min avroya satıb. Son ilyarımı “Əl-Nəsr”də icarədə keçirən brazilyalı futbolçu “Qalatasaray”dan birdəfəlik ayrılıb. 
 
Qeyd edək ki, Maykon 2017-ci ildə “San Paulo”dan 8 milyon avro qarşılığında “Qalatasaray”a transfer olmuşdu.






Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”