7 dekabr 2025. Bazar günü

Xames PSJ-yə təklif olundu


  • Transfer
  • 11:46 05.08.2020
  • Oxunma sayı: 294
Xames PSJ-yə təklif olundu

"Real"ın yarımmüdafiəçisi Xames Rodriges karyerasını Fransada davam etdirə bilər.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, kolumbiyalı oyunçunun agenti onu PSJ-yə təklif edib.

Daha əvvəl 29 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted”in maraqlandığı bildirilirdi. "Qırmızı-şeytanlar" təcrübəli futbolçu üçün 25 milyon avro təklif etsə də, Madrid təmsilçisi Xamesin satışından 35 milyon qazanmağa planlaşdırır.

İspaniya mətbuatı PSJ-nin də Xamesi heyətinə qatmaqda maraqlı olduğunu yazıb. Əgər Rodriges Fransada oynamaq istəsə, tərəflər yaxın günlərdə danışıqlara başlayacaq.

Qeyd edək ki, kolumbiyalı cari mövsüm La Liqada cəmi 7 oyunda çıxış edib və 1 qol vurub.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır