26 aprel 2026. Bazar günü

Türk klubu Esyenlə maraqlanır


  • Transfer
  • 12:16 05.08.2020
  • Oxunma sayı: 348
Türk klubu Esyenlə maraqlanır

 "Səbail"dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.

Corner.az "kibrisgazetesi.com" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu yerli "Girne Halk Evi" klubunun maraq dairəsinə düşüb.

Qanalı yarımmüdafiəçinin yaxın günlərdə sözügedən ölkəyə gedərək Superliqaya yenicə vəsiqə qazanmış komanda ilə danışıqlara başlayacağı bildirilib.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martında "Səbail"ə transfer olunmuşdu. O, daha əvvəl "Lion" (Fransa), "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) klublarında çıxış edib.







Transfer