14 mart 2026. Şənbə

Sabri Galatasaray'a qayıdır


  • Transfer
  • 16:53 18.01.2019
  • Oxunma sayı: 728
Sabri Galatasaray'a qayıdır
Galatasaray sabiq futbolçusu Sabri Sarıoğlunu yenidən komandaya qaytarmaq niyyətindədir

Corner.az  xəbər verir ki, İstanbul klubunun rəhbərliyi braziliyalı müdafiəçi Marianonu göndərib,  Sabrini heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan 34 yaşlı müdafiəçi 15 il Galatasaray"'da çıxış etdikdən sonra - 2017-ci ildə "Göztəpə"yə keçmişdi. O, hazırda klubsuzdur.(qol.az)





Transfer