- Transfer
- 23:25 25.11.2024
Barselona ilə yollarını ayırılan Arda Turan sabiq "Qalatasaray"a qayıdıb.
Corner.az-ın məlumatına görə, bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz açıqlama verib.
Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayacaqlarını bildirib.
Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.