7 dekabr 2025. Bazar günü

Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı


  • Transfer
  • 11:42 06.08.2020
  • Oxunma sayı: 298
Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı

“Vulverhempton”un şərəfini qoruyan millimizin üzvü Renat Dadaşovun  “Koventri Siti”yə keçidi alınmayıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb.

Xəbərdə Renatın yanvarda digər Çempionşip təmsilçisi  “Birmingem”ə keçidinin reallaşmadığı xatırladılıb. Bundan başqa, "Vulverhempton"un millimizin üzvünü icarəyə verməyi düşündüyü vurğulanıb.

Qeyd edək ki, R. Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Renat 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır