2 oktyabr 2026. Cümə

Villian Arsenal'la razılığa gəldi


  • Transfer
  • 16:06 06.08.2020
  • Oxunma sayı: 270
Villian Arsenal'la razılığa gəldi

"Çelsi" klubu ilə müqaviləsi başa çatan Villianın yeni komandası müəyyənləşib.

Corner.az ESPN nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını "Arsenal"da davam etdirəcək.

Braziliyalı yarımmüdafiəçi artıq Londonun digər tərmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Təcrübəli oyunçunun yeni komandasında həftəlik 110 000 avro qazanacağı bildirilib.

Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"də çıxış edir.







Transfer