"Trabzonspor” heyətinə iki yeni futbolçu ilə cəlb edib.
Corner.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Rusenborq”un norveçli yarımmüdafiəçisi Anders Trondsenlə və “Valyadolid”in ekvadorlu hücumçusu Stiven Plazanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda Plaza və onun klubu ilə danışıqlara başladıldığı, digər 25 yaşlı futbolçuyla isə 4 illik müqavilə imzalandığı vurğulanıb
Qeyd edək ki, Trondsen daha öncə “Stabek” və “Sarpsborq”da da çıxış edib.Plaza isə 2019-cu ildən “Valyadolid”də forma geyinir