- Transfer
- 01:31 13.08.2026
"Roma" baş məşçisini dəyişə bilər.
Corner.az AS-a istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi hazırkı çalışdırıcı Paulu Fonsekanı Maurisio Poçettino ilə əvəzləməyi düşünür. Komadanın Avropa Liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq mübarizəni dayandırmasından sonra rəhbərlik bu qərara gəlib.
Qeyd edək ki, "Roma" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında 2019/2020 mövsümündə A seriyasını 5-ci pillədə tamamlayıb.(qol)