- Transfer
- 17:27 06.12.2025
"Tottenhem” heyətinə yeni futbolçu cəlb edir.
Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, London təmsilçisi “Sauthempton”dan Pyer-Emil Heyberqi transfer etməyə yaxındır. Artıq 25 yaşlı yarımmüdafiəçinin “Tottenhem” üçün tibbi müayinədən keçdiyi bildirilir.
Qeyd edək ki, 2016-cı ildən “Sauthempton”da forma geyinən Heyberq Danimarka millisinin də üzvüdür.(qol)