7 dekabr 2025. Bazar günü

İngiltərə klubu Renat Dadaşovda israr edir


  • Transfer
  • 09:58 12.08.2020
  • Oxunma sayı: 336
İngiltərə klubu Renat Dadaşovda israr edir

İngiltərənin “Koventri Siti” klubu Renat Dadaşovu heyətinə qatmaqda israrlıdır.

Corner.az “vavel.com” saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şiflə razılaşa bilməsə, yenidən yığmamızın üzvü üçün danışıqlara başlayacaq.

Britaniya mətbuatı daha öncə bu transferin baş tutmadığını bildirmişdi. Ancaq komandanın “Vulverhempton”un iki oyunçusu – Ouen Otasovie və Renat Dadaşovla hələ də maraqlandığı yazılıb.

Qeyd edək ki, azərbaycanlı futbolçu Premyer Liqa təmsilçisinin U-21 komandasına çıxış edir. O, hələ ki əsas heyətlə debüt edə bilməyib.

 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır