- Transfer
- 17:27 06.12.2025
"Fənərbaxça” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Las Palmas”ın icarə əsasında “Sassuolo”da çıxış edən müdafiəçisi Maurisio Lemosun keçidi üçün razılıq əldə olunub.
Bunu İspaniya klubunun prezidenti Migel Anxel Ramirez açıqlayıb. O, 24 yaşlı futbolçunun transferi üçün “Fənərbaxça” ilə hərtərəfli razılaşdıqlarını deyib.
“Sarı-lacivərtlər” uruqvaylı futbolçuya görə “Las Palmas”a 3 milyon avro ödəyəcəyi bildirilib. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2016-cı ildə “Las Palmas”a transfer olunan Lemos 2018-ci ildən icarəs əsasında “Sassuolo”da oynayır.