2 iyul 2026. Cümə axşamı

Qalatasaray'dan daha bir transfer


  • Transfer
  • 22:22 12.08.2020
  • Oxunma sayı: 307
Qalatasaray'dan daha bir transfer

"Qalatasaray" heyətini daha bir futbolçu gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan ayrılan Emre Kılınçı transfer edib. Sarı-qırmızılılar 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, E.Kılınç Superliqada başa çatan mövsüm 28 oyuna 8 qol vurub, 5 qol ötürməsi edib.







Transfer