- Transfer
- 22:58 10.04.2026
"Valensiya” kapitanı Daniel Parexo və Francis Coquelin ilə yollarını ayırıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. La Liqanın digər təmsilçisi 31 yaşlı yarımmüdafiəçini və fransalı futbolçunu transfer edib. Bunu "Vilyarreal"ın rəsmi saytı açıqlayıb. Sözügedən hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Daniel Parexo 2011-ci ildən “Valensiya”da çıxış edirdi. O, bu müddətdə 383 rəsmi oyuna çıxıb.