“Lill” klubu ilə yollarını ayıran Niko Qaytanın yeni klubu bəlli olub.
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını “Braqa”da davam etdirəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Argentinalı hücumameylli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində “Boka Xuniors”, “Benfika”, “Atletiko” (Madrid), “Dalyan Yifan” və “Çikaqo Fayr” klublarında forma geyinmiş Qaytan, geridə qalan mövsümdə “Lill”də cəmi 4 oyuna çıxıb.