- Transfer
- 22:58 10.04.2026
Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Beşiktaş" ilk transferini reallaşdırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" "Alanyaspor"dan ayrılan Fabrise Nskala'nı transfer edib.30 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, 2017-ci ildən "Alanyaspor"da çıxış edən konqolu müdafiəçi ümumilikdə 116 oyuna çıxıb və 9 qol ötürməsi ilə yadda qalıb.