- Transfer
- 22:58 10.04.2026
Türkiyə millisinin futbolçusu Enes Ünalın yeni komandası müəyyənləşib.
Corner.az xəbər verir ki, geridə qalan mövsümü icarə əsasında "Real Valyadolid"də keçirən 23 yaşlı hücumçu La Liqanın digər təmsilçisi "Xetafe"yə transfer olunub.
Klubun rəsmi saytının məlumatına görə, gənc hücumçu ilə 5 illik sözləşmə imzalanıb. Türk futbolçunun keçidi üçün "Vilyarreal"a 9 milyon avro təzminat ödənilib.
Qeyd edək ki, ötən mövsüm İspaniya çempionatının 37 oyununda meydana çıxan Enes Ünal 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.