11 aprel 2026. Şənbə

Ronaldo Barselona'ya təklif edildi


  • Transfer
  • 13:16 13.08.2020
  • Oxunma sayı: 396
Ronaldo Barselona'ya təklif edildi

"Yuventus"da çıxış edən Kriştiano Ronaldonun agenti Jorje Mendeş futbolçunu "Barselona" daxil olmaqla bir neçə kluba təklif edib. 

Corner.az xəbər verir ki, bu barədə jurnalist Gilerme Balaqe "BBC Radio"ya açıqlamasında bildirib. Onun sözlərinə görə, agent 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurub. 

Mendesin təklifini alan klublar arasında "Barselona" ilə yanaşı, PSJ  və bir neçə Şimali Amerika təmsilçisi olub. 

Jurnalistin sözlərinə görə, Ronaldo "Qızıl top" mükafatını qazana biləcəyi komandaya keçmək istəmir. Balaqe deyib ki, portuqaliyalı forvardın əsas hədəfi illik 23 milyon avro qazanmaqdır. 

Qeyd edək ki, Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”