9 may 2026. Şənbə

Beşiktaş'dan növbəti transfer


  • Transfer
  • 22:52 13.08.2020
  • Oxunma sayı: 305
Beşiktaş'dan növbəti transfer

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək Beşiktaş klubu heyətinə yeni futbolçu cəlb edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Alanyaspor'un futbolçusu Vellinton'u transfer edib. 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2017-ci ildən Alanyaspor'da çıxış edirdi.







Transfer