23 oktyabr 2024. Çərşənbə

Higuain Chelsea'də?


  • Transfer
  • 18:38 19.01.2019
  • Oxunma sayı: 648
Higuain Chelsea'də?

İtaliyanın Milan klubunun Juventus'dan icarəyə götürdüyü Gonzalo Higuain'in İngiltərə təmsilçisi Chelsea'yə keçidinin detalları məlum olub.

Corner.az xəbər verir ki, londonlular 32 yaşlı hücumçunu 9 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürəcəklər. Həmin müddət başa çatdıqdan sonra Chelsea'nin argentinalı forvardı Juventus'dan 36 milyona avroya almaq hüququ da olacaq.Lakin “zadəganlar” irəli sürdükləri 3 şərtdən birinin reallaşacağı təqdirdə, Higuain'i transfer edəcəklər. Chelsea Premyer Liqada ilk “üçlük”də finiş etsə və argentinalı ən azı 1 qol vursa, Higuain İngiltərə çempionatından ən azı 15 qol vursa və ya London klubu Avropa Liqasını qazansa, forvard isə ən azı 5 qol vursa, 36 milyonluq keçid baş tutacaq.


Qeyd edək ki, Higuain cari mövsümdə A Seriyasında 15 oyuna 6 qol vurub və 1 məhsuldar ötürmə verib. Milan argentinalı hücumçunu ötən yay 18 milyon avroya Juventus'dan icarəyə götürüb. Lakin “qırmızı-qaralar” müqavilədə yer alan 36 milyon avroya birdəfəlik transfer etmək hüququndan yararlanmaq istəmirlər.(report)







Transfer