2 oktyabr 2026. Cümə

Mançester Yunayted 17 yaşlı futbolçu alır


  • Transfer
  • 10:39 15.08.2020
  • Oxunma sayı: 293
Mançester Yunayted 17 yaşlı futbolçu alır

"Mançester Yunayted" "Partizan"ın gənc hücumçusu Filip Stevanoviçlə müqavilə imzalayacaq.

Corner.az xəbər verir ki, 17 yaşlı hücumçunun transferi mankunianlılara 12 milyon avroya başa gələcək.

Serbiyalı futbolçu 2020/21 mövsümünü icarə əsasında "Partizan" da keçirəcək. Ötən mövsüm Stevanoviç Avropa Liqasının qrup mərhələsində "qırmızı şeytanlar" a qarşı oynayıb.

Qeyd edək ki, Stevanoviç Serbiyanın son çempionatında 25 oyun keçirib və 8 qol vurub.







Transfer