"Beşiktaş” heyətinə yeni futbolçu ilə cəlb edib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Kayserispor”un yarımmüdafiəçisi Bernard Mensahı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.
Türkiyə mətbuatı isə “Beşiktaş”ın qanalı oyunçunu satınalma şərti ilə bir illik icarəyə götürdüyünü yazıb. İstanbul təmsilçisi onu birdəfəlik transfer etmək üçün 4.5 milyon avro ödəməsi lazım olacaq.
Qeyd edək ki, Mensah geridə qalan mövsümdə “Kayserispor”da 25 Super Liqa matçına çıxıb, 5 qol, 8 məhsuldar ötürmə müəllifi olub.