10 aprel 2026. Cümə

David Silva İspaniya klubuna keçdi


  • Transfer
  • 11:07 18.08.2020
  • Oxunma sayı: 318
David Silva İspaniya klubuna keçdi

“Mançester Siti”nin yarımmüdafiəçisi David Silva karyerasını İspaniyada davam etdirəcək.

Corner.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Real Sosyedad” klubu ilə anlaşıb.

Məlumata görə, 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Silvanın tibbi yoxlanışdan keçdikdən sonra transferin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 10 ildir “şəhərlilər”də çıxış edir. O, bu müddət ərzində 4 Premyer Liqa çempionluğu qazanıb.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”