Premyer Liqa çempionu “Liverpul” futbolçusu Neko Uilyamsla müqavilənin müddətini uzadıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Qırmızılar”ın öz yetirməsi olan 19 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Uelsin U-19 yığmasının üzvü olan Uilyams, 2019-cu ilin oktyabrında “Liverpul”un əsas komandasında debüt edib. O, indiyə qədər əsas komandada 6-sı Premyer Liqada olmaqla 11 rəsmi oyuna çıxıb.