- Transfer
- 22:58 10.04.2026
İngiltərə millisinin sabiq qapıçısı Co Hart “Tottenhem”ə keçidi rəsmiləşib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, azad agent kimi Premyer Liqa təmsilçisinə keçib.
Qeyd edək ki, 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edən Co Hartın son klubu “Bernli” olub.