- Transfer
- 22:58 10.04.2026
"Real"ın futbolçusu Xesus Valyehonu yenidən icarəyə verib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi 2021-ci ilin iyununa kimi icarə əsasında "Qranada"da oynayacaq.
Qeyd edək ki, Valyeho ötən mövsümün ikinci yarısını eyni klubda keçirib.