“Napoli” klubu üç futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Neapol təmsilçisi sağ cinah müdafiəçisi Covanni Di Lorenso, sol cinah müdafiəçisi Mario Rui və yarımmüdafiəçisi Elif Elmas ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mario Rui 2017-ci ildə “Roma”dan “Napoli”yə gəlib. Di Lorenso ötən ilin yayından Neapol klubunun uğurları üçün çalışır. Elif Elmas isə “Fənərbaxça”dan transfer olunub