13 avqust 2026. Cümə axşamı

Daha bir türk futbolçu Fransa klubunda


  • Transfer
  • 09:48 19.08.2020
  • Oxunma sayı: 322
Daha bir türk futbolçu Fransa klubunda
“Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa klubu Türkiyənin 1-ci liqasında mübarizə aparan “Altay”ın oyunçusu Cenk Özkacarı transfer edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Liqa 1 təmsilçisi türkiyəli futbolçu üçün “Altay”a 1 milyon 500 min avro ödəyib. Bundan əlavə, müqavilənin şərtlərinə görə, C.Özkacar hər hansı bir kluba keçəcəyi təqdirdə transfer haqqının 1/10-i “Altay”ın payına düşəcək.

Qeyd edək ki, C.Özkacar 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisində də çıxış edir.






Transfer