- Transfer
- 01:31 13.08.2026
Braziliyanın "Vitoriya" klubunun futbolçusu Eronildo dos Santos Roşanı heyətinə qatmaq istəyən Azərbaycan təmsilçisinin adı bəlli olub.
Corner.az "Globoesporte" nəşrinə istinadən xəbər verir ki, "Qəbələ" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyib.
Futbolçunun agenti Antonio Qustavo təklifin "Vitoriya"nı razı salmadığını və klub tərəfindən rədd edildiyini bildirib.
Qeyd edək ki, Eronildo dos Santos Roşa Braziliyanın U-17 yığmasının formasını geyinib.(report)