23 oktyabr 2024. Çərşənbə

Modric Real'dan ayrılır?


  • Transfer
  • 14:30 20.01.2019
  • Oxunma sayı: 555
Modric Real'dan ayrılır?
Real Madrid'in yarımmüdafiəçisi Luka Modric "kral klubun"dan ayrılacağı ilə bağlı söz-söhbətlərə münasibət bildirib.

Corner.az xəbər verir ki, xorvatiyalı futbolçu yayılan məlumatları təkzib edib. "Qızıl top"un son sahibi Madriddə özünü xoşbəxt hiss etdiyini söyləyib: "Gələcəyimlə bağlı rahatam. Mənim "Real"la hələ 18 aylıq müqaviləm var. Ancaq mən burada daha uzun müddət qalmaq istəyirəm. "Real"da xoşbəxtəm və möhtəşəm azarkeşlərimizə daha çox sevinc bəxş etmək istəyirəm".

Qeyd edək ki, Modric'in uzun müddətdir"İnter"ə keçəcəyi ilə bağlı xəbərlər dolaşır.(qol.az)





Transfer