- Transfer
- 23:48 08.05.2026
"Antalyaspor" Türkiyə millisinin üzvü Nuri Şahini heyətinə qatıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, N.Şahin 2019/2020 mövsümünü "Verder"də keçirib. O, ötən mövsüm Bundesliqada 34 matçda iştirak edib.