7 dekabr 2025. Bazar günü

Milan İbrahimoviç'lə razılaşa bilmir


  • Transfer
  • 21:58 19.08.2020
  • Oxunma sayı: 333
Milan İbrahimoviç'lə razılaşa bilmir

"Milan” futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Corner.az “Tuttosport”a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İtaliya klubunun təklif etdiyi məbləğdən 1 milyon 500 min avro daha çox maaş istəyir. Bildirilir ki, A seriyası təmsilçisi isveçli oyunçuya 5 milyon avro və bonuslar verməyə hazırdır. Ancaq o, klubdan 7 milyon 500 min avro maaş tələb edir. Bu da tərəflərin yeni müqavilə imzalamasında problem yaradır.

Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında “Los Anceles Qelaksi”dən “Milan”a keçib







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır