- Transfer
- 23:57 29.04.2026
"Fənərbaxça" klubu heyətini gücləndirməyə davam edir.
Corner.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə "Cenoa"ya məxsus olan Sinan Gümüşü transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Gümüş ötən mövsümün ikinci yarısını icarə əsasında "Antalyaspor"da keçirib və 13 matçda 5 qol vurub, 1 qolun ötürməsini verib.