23 oktyabr 2024. Çərşənbə

PSG onunla razılığa gəldi


  • Transfer
  • 16:01 20.01.2019
  • Oxunma sayı: 627
PSG onunla razılığa gəldi

PSG Chelsea'nin transfer hədəfində olan futbolçuyla anlaşmağa yaxındır.


Corner.az xəbər verir ki, Paris təmsilçisi Zenit'in yarımmüdafiəçisi Leandro Paredes'i heyətinə qatmağa hazırlaşır. 24 yaşlı futbolçuyla 4,5 illik müqaviləyə razılaşan PSG, Rusiya klubuna 35 milyon avro təklif edib. Zenit'in 50 milyon avro tələb etməsinə baxmayaraq, futbolçu komandadan ayrılmaq istədiyinə görə, tərəflər arasında yaxın zamanda razılığın əldə olunacağı bildirilir.Paredes ilə Chelsea'nin də maraqlandığı və yarımmüdafiəçi üçün ruslara 30 milyon avro təklif etdiyi deyilir.


Qeyd edək ki, argentinalı futbolçu, Rusiya klubunun heyətində iştirak etdiyi 22 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.(goal.az)







Transfer