10 aprel 2026. Cümə

Atletiko bir qapıçı aldı, digərini göndərdi


  • Transfer
  • 22:37 20.08.2020
  • Oxunma sayı: 391
Atletiko bir qapıçı aldı, digərini göndərdi

"Atletiko"  heyətini yeni qapıçı gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Lokomotiv Zaqreb"dən xorvatiyalı qolkiper İvo Qrbiçi transfer edib. 24 yaşlı qapıçı ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

"Hayduk"un yetirməsi olan İvo ötən mövsüm "Lokomotiv"in heyətində 35 oyunda meydana çıxıb və 35 qol buraxıb.

"Atletiko" eyni zamanda, qapıçısı Antonio Adanla yolları ayırdığını da açıqlayıb. 2018-ci ildən paytaxt klubunda çıxış edən 33 yaşlı qapıçı bu müddətdə cəmi 8 oyunda meydanda olub.









Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”