“Fənərbaxça” ilə yollarını ayıran Maurisio İslanın yeni klubu bəlli olub.
Corner.az xəbər verir ki, “Flamenqo” klubu 32 yaşlı futbolçunu transfer edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çilili sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti açıqlanmayıb. İsla yeni komandasında 44 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, təcrübəli futbolçu 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi.