- Transfer
- 13:54 26.11.2024
“Beşiktaş” misirli yarımmüdafiəçisi Məhəmməd Elneni ilə yollarını ayırıb.
Corner.az xəbər verir ki, bu barədə misirli futbolçu sosial şəbəkə hesabında yazıb. 28 yaşlı futbolçu komanda yoldaşları və azarkeşlərlə vidalaşıb. Elneninin İstanbul klubu ilə icarə müqaviləsi uzadılmadığı üçün futbolçu “Arsenal”a qayıdacaq.
Qeyd edək ki, Misir millisinin üzvü son mövsümdə “Beşiktaş”da 36 oyuna çıxıb, 1 qol, 4 məhsuldar ötürmə edib.